Bakı sakinlərinə XƏBƏRDARLIQ:  Hava bürkülü olacaq
17 avqust 2022 12:44 (UTC +04:00)

Bakı sakinlərinə XƏBƏRDARLIQ: Hava bürkülü olacaq

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitini az qradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edəcək.

Bununla yanaşı, zəif cənub-şərq küləklərinin üstünlüyü havanın durğun və bürkülü keçməsinə səbəb olacaq.

Əsasən axşam saatlarında havada rütubətin daha yüksək olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-38 dərəcə isti olduğu halda, sinoptik şəraitlə əlaqədar 40-41 dərəcə isti kimi hiss olunacaq.

# 2424
avatar

Oxşar yazılar