Azərbaycanın bu rayonuna 30 santimetr qar yağdı -  FOTO
15 may 2023 11:37 (UTC +04:00)

Azərbaycanın bu rayonuna 30 santimetr qar yağdı - FOTO

Mayın 14-ü axşam saatlarından başlayaraq Daşkəsən rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.

Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.

Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb.

Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda hərəkətə müəyyən problemlər yaratsa da, Daşkəsən Rayon İcra Hakimiyyəti yerli yol istismar idarəsi ilə birgə qabaqlayıcı tədbirlər görür.

# 3150
avatar

Oxşar yazılar