Azərbaycanda Od çərşənbəsidir
28 fevral 2023 00:05 (UTC +04:00)

Azərbaycanda Od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Lent.az-ın xəbərinə görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbəsidir.

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb.

Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.

Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar.

Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 21-də qeyd edilib.

Yel çərşənbəsi 7 mart, torpaq çərşənbəsi 14 martda qeyd olunacaq.

Azərbaycana yaz fəsli 21 martda Bakı vaxtı ilə saat 01:24-də daxil olacaq.

# 3303
avatar

Oxşar yazılar