Azərbaycanda koronavirusdan ölənlərin sayı məlum oldu
17 mart 2023 23:44 (UTC +04:00)

Azərbaycanda koronavirusdan ölənlərin sayı məlum oldu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 115 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 715 nəfər müalicə olunaraq sağalıb, 10 151 nəfər vəfat edib, aktiv xəstə sayı 249 nəfərdir.

# 1986
avatar

Oxşar yazılar