Azərbaycanda koronavirusdan  ölənlər var   - SON STATİSTİKA
30 noyabr 2022 20:32 (UTC +04:00)

Azərbaycanda koronavirusdan ölənlər var - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 103 nəfər müalicə olunaraq sağalıb, 9 980 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir.

Ölkədə son sutka ərzində 1784, hazırkı dövrədək isə 7 375 442 test aparılıb.

# 3054
avatar

Oxşar yazılar