Azərbaycanda daha 68 nəfər COVID-19-a yoluxdu
18 iyul 2022 16:34 (UTC +04:00)

Azərbaycanda daha 68 nəfər COVID-19-a yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 794 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 032 nəfər müalicə olunaraq sağalıb, 9723 nəfər vəfat edib, aktiv xəstə sayı 901 nəfərdir.

Ölkədə son sutka ərzində 1840, hazırkı dövrədək isə 7 004 415 test aparılıb.

# 1791
avatar

Oxşar yazılar