Azərbaycanda bu gün koronavirusdan ölən olmayıb
25 avqust 2022 21:42 (UTC +04:00)

Azərbaycanda bu gün koronavirusdan ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 810 589 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, 9795 nəfər vəfat edib, aktiv xəstə sayı 3627 nəfərdir.

Ölkədə son sutka ərzində 3 614, hazırkı dövrədək isə 7 135 151 test aparılıb.

# 2703
avatar

Oxşar yazılar