Azərbaycanda 739 nəfər  zəhərlənib
06 mart 2023 09:18 (UTC +04:00)

Azərbaycanda 739 nəfər zəhərlənib

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 116-sı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 17-si sirkə turşusundan, 20-si dəm qazından, 4-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 9-u allergik reaksiya, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. 

Zəhərlənən şəxslərin 52-si qadın, 40-ı kişi, 24-ü isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 4 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 7-si kişi, 2-si qadındır.

# 11997
avatar

Sevinc Fərid

Oxşar yazılar