Avtobuslarda kondisionerlər nə vaxtdan işləyəcək? - CAVAB
31 may 2022 13:16 (UTC +04:00)

Avtobuslarda kondisionerlər nə vaxtdan işləyəcək? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu Bakıda ictimai nəqliyyatda kondisionerlərin işləməsi ilə bağlıdır. 

Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi barədə xəbərdarlıq məktubu göndərilib.

Bəs, avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq?

BNA-dan Lent.az-a verilən məlumata görə, məktubda son günlərdə havanın temperaturunun yüksəlməsini nəzərə alaraq marşrutlar üzrə kondisionerlərlə təchiz avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb.
 

# 3246
avatar

Aytəkin Cəlali

Oxşar yazılar