Artıq bəzi rayonlara qar yağır  - FAKTİKİ HAVA
07 yanvar 2023 18:06 (UTC +04:00)

Artıq bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, yanvarın 7-nə saat 17:00-a olan məlumata əsasən, Quba, Gədəbəy, Daşkəsən, Qusar, Altıağac və Xaltanda qar yağır.

Şimal-qərb küləyi Göyçayda 21 m/s, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20 m/s, Şəki, Daşkəsəndə 18 m/s, Bakıda 17 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2 metrə çatıb.

# 2703
avatar

Oxşar yazılar