APA TV mobil film müsabiqəsi elan edib - VİDEO
01 may 2023 17:38 (UTC +04:00)

APA TV mobil film müsabiqəsi elan edib - VİDEO

APA televiziyası "Kəndimizə gedən yol" adlı mobil film müsabiqəsi elan edib.

APA xəbər verir ki, müsabiqədə filmlərin qəbulu 30 aprel - 31 may tarixlərini əhatə edir.

Müsabiqə APA Media Group və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilir.

Müsabiqəyə təqdim ediləcək filmlər Azərbaycan ərazisində yalnız telefonla HD 1920/1080 formatında çəkilməli, müddəti 10 dəqiqədən çox olmamalıdır. Hər bir müəllif bir və ya bir neçə film göndərə bilər. Təqdim olunan filmlər 2020-2023-cü illər istehsalı olmalı, hər birinin sonunda müəllifin ad və soyadı mütləq qeyd edilməlidir.

Mümkün qədər musiqidən az istifadə edilməli, "Youtube"da müəllif hüququ tələb edən musiqilərdən istifadə olunmamalıdır. Filmlər daha çox təbii səslə ərsəyı gətirilməlidir. Kənd həyatı, təbiət mənzərələri, maraqlı insanlar və gündəlik işlər müsabiqənin əsas mövzusudur.

Mobil filmlər münsiflər heyəti tərəfindən verilən bal sistemi ilə hesablanaraq qaliblər müəyyən ediləcək.

3 film münsiflər heyətinin rəyi, 1 film isə onlayn səsvermə ilə yolu ilə seçiləcək.

Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq.

Filmləri "Kəndimizə gedən yol" başlığı ilə filmapatv@gmail.com və ya 050 526 04 87 nömrəli “Telegram” ünvanına göndərmək mümkündür:

Hansısa sual yaranarsa, 050 526 04 87 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.

# 1650
avatar

Oxşar yazılar