AMEA-nın strukturu dəyişdi - Bu qədər elmi işçisi olacaq
30 sentyabr 2022 16:36 (UTC +04:00)

AMEA-nın strukturu dəyişdi - Bu qədər elmi işçisi olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiq edilib.

Lent.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının strukturu aşağıdakı kimi müəyyənləşdirilib:

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Aparatı.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri:
Respublika Seysmoloji Xidmət Mərkəzi;
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;
Fəlsəfə və Sosiologiya İnstitutu;
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
Nəsimi adına Dilçilik İnstitutu;
Memarlıq və İncəsənət İnstitutu;
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;
Folklor İnstitutu;
Qafqazşünaslıq İnstitutu;
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
Lənkəran Regional Elmi Mərkəzi;
Şəki Regional Elmi Mərkəzi;
Mərkəzi Elmi Kitabxana;
“Elm” Nəşriyyatı.
Naxçıvan bölməsinin Aparatı.
Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
Əlyazmalar Fondu.
Gəncə bölməsinin Aparatı.
Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
Humanitar Tədqiqatlar İnstitutu;
Diyarşünaslıq İnstitutu;
Nizami Gəncəvi Mərkəzi.

Həmçinin  digər qərarla akademiyanın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

# 3159
avatar

Oxşar yazılar