Ali məktəblərə nə qədər sənəd verildi? - DİM AÇIQLADI
13 mart 2023 13:03 (UTC +04:00)

Ali məktəblərə nə qədər sənəd verildi? - DİM AÇIQLADI

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il martın 1-də başlayıb və 15-dək internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, 13 mart saat 10:05-ə olan məlumata əsasən, 86942 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış olmaq mümkündür.

# 3069
avatar

Arzu Qurbanlı

Oxşar yazılar