Ağdamda abonentlərin qazla bağlı problemləri dinlənildi
06 oktyabr 2022 20:11 (UTC +04:00)

Ağdamda abonentlərin qazla bağlı problemləri dinlənildi

“Xahiş edirəm mənə məxsus fərdi yaşayış evimdə sonradan ödənişli (mexaniki tipli)  qaz sayğacını öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edəsiniz.”

Lent.az xəbər verir ki, bu müraciətlə Ağdam rayonu, Quzanlı qəsəbə sakini Nahid Hüseynov “Səyyar qəbul otağı”nda çıxış edib.

Bənövşələr qəsəbəsinin sakini Şahin Əmirovun da müraciəti eyni xarakter daşıyıb. Ağdamda keçirilən “Açıq mikrofon” aksiyasında səslənən müraciətlərdən biri isə debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi olub. Hər bir müraciət Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.

# 1644
avatar

Oxşar yazılar