3 rayon susuz qaldı - SƏBƏB
08 dekabr 2022 09:56 (UTC +04:00)

3 rayon susuz qaldı - SƏBƏB

Bakının 3 rayonuna içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

"Azərsu" ASC-dən Lent.az-a verilən məlumata görə, buna səbəb Kür-Bakı magistral su kəmərində baş verən qəzadır. Su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olub.

Hazırda qəza olan əraziyə briqadlar və xüsusi texnika cəlb edilib.

Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

# 2187
avatar

Oxşar yazılar