150-dən çox avtobus tıxacda qalıb -  SİYAHI
17 avqust 2022 10:03 (UTC +04:00)

150-dən çox avtobus tıxacda qalıb - SİYAHI

Bakıda əksər küçə və prospektlərdə sıxlıq müşahidə olunur.

Lent.az xəbər verir ki, Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına görə, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 64 müntəzəm marşrut xətti üzrə 152 avtobusun hərəkət intervalında gecikmələr var. 

1. Bakı-Sumqayıt şossesi -  Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti -20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29,  67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur. 

2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikmə müşahidə olunur. 

3. Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə müşahidə olunur. 

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə  -  köməkçi yolda  20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 16-21 dəqiqə gecikmə müşahidə olunur

5. Heydər Əliyev prospekti şəhər istiqamətində  1, 2, 13,  38 və M8 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 17-21 dəqiqə gecikmə müşahidə olunur. 

6. Xocalı pr - Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqəyə gecikmə müşahidə olunur.

7. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.  

8. Binəqədi şossesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 11-15 dəqiqə gecikmə müşahidə olunur. 

9. Qara Qarayev prospekti – Koroğlu m/s istiqamətində  7A, 11, 15, 21, 30, 35, 40, 44, 46, 49, 51, 62, 64, 81, 132  saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə müşahidə olunur.

10. Zabrat şossesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 saylı  marşrut xətlərindəki avtobuslararası intervallarda 16 -20 dəqiqə gecikmə müşahidə olunur. 

11. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 14-20 dəqiqə gecikmə müşahidə olunur.

12. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165,  194, 205 və 211 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 12-17 dəqiqə gecikmə müşahidə olunur

13. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 saylı xətlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə müşahidə olunur

14. Abdulla Şaiq küçəsi -  İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 saylı xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur

# 1863
avatar

Oxşar yazılar