10  saniyəyə 211  mənzil satılıb - DTX
08 iyul 2022 17:35 (UTC +04:00)

10 saniyəyə 211 mənzil satılıb - DTX

“Mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 9 saniyə ərzində 62 və 10 saniyə ərzində 78 nəfər mənzil seçimini tamamlayıb”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib. 

“Ümumiyyətlə mənzil seçimi ilə bağlı aparılan araşdırma onu göstərir ki, mənzil seçimində iştirak etmiş şəxslərin demək olar ki, özləri prosesi qanuniləşdirməyib. Onların əvəzinə ya kiberproqramlar tətbiq edilməklə, ya da informasiya texnologiyaları sahəsində xüsusi bilikləri olan şəxslər tərəfindən mənzillər rəsmiləşdirilib. Bir çox hallarda mənzil seçimi prosesini faktiki olaraq adları keçən şəxslərin özləri deyil, informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan şəxslər və kiberproqramlardan istifadə edilərək mənzil seçiminin reallaşdırılması təsdiqini tapıb. Buna misal olaraq bizim hazırkı cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş təqsirləndirilən şəxslərə məxsus eyni İP ünvanlardan bir anda bir neçə mənzil seçimi üçün müraciət etmə faktı müəyyən edilib””, - o deyib. 

Günel Hüseynova qeyd edib ki, bu faktla bağlı İstintaq baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı istər təqsirləndirilən şəxslər, istərsə də adlarına seçim edilmiş şəxslər kifayət qədər mötəbər faktlar verib: “Bundan başqa, istintaq texniki imkanlardan istifadə edərək təqsirləndirilən şəxslər tərəfindən müəyyən kompüter proqramlarının dəyişdirilməsinə və digər formada müdaxilə edilməsini təmin edəm kiberproqramlar və kiberhücumların izləri müəyyən edilib. Əlavə olaraq, daha az müddətə mənzil seçiminin mümkünlüyü DTX-nın istintaq baş idarəsi tərəfindən araşdırılıb. İstintaq eksperimentinin nəticəsi olaraq kifayət dəlillər əldə olunub”.

# 2223
avatar

Oxşar yazılar