Bu gün müəllimlərin ilk imtahanıdır
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən APA-ya verilən məlumata görə, ilk imtahan ibtidai sinif müəllimliyi ixtisası üzrədir. İmtahanlar iyulun 30-dək davam edəcək. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Bu gün səhər saat 9-da başlayan imtahanlar axşam saat 6-dək davam edəcək. Hər bir müəllim kompüter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında isə imtahan verən qrup digər qrupla əvəzlənəcək.
Qeyd edək ki, hazırda ölkədə ibtidai sinif müəllimliyi ixtisası üzrə 110 vakant yer var. Vakant yerlərdən 23-ü Bakı, 87-si isə digər şəhər və rayonlar üzrədir. Müəllimlərin işə qəbulu ilə bağlı elan edilən ixtisaslar üzrə vakant yerlərə elektron ərizə verənlərin çoxu ibtidai sinif müəllimliyinə üstünlük verib. Bu ixtisas üzrə vakant yerlərə 1834 nəfər ərizə ilə müraciət edib.
Ümumiyyətlə, Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlərə 9342 nəfər ərizə verib. Hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04