Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin ölkələr üzrə sayı açıqlandı
Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,8 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1297 nəfər əcnəbi vətəndaş qeydiyyata götürülüb.
Beləliklə, 1 iyul tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 11 min 409 nəfərə yüksəlib.
Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi Türkiyə vətəndaşları çoxluq təşkil edir. 6 min 627 nəfər Türkiyə vətəndaşı qeydiyyata götürülüb. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1420 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə hazırda 597 nəfər təşkil edir.
Sonrakı yerlərdə İran İslam Respublikası (378 nəfər), Hindistan (271), Çin Xalq Respublikası (232), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (136), Özbəkistan (131), Pakistan İslam Respublikası (97), Almaniya (91), Ukrayna (90), Malayziya (80), Türkmənistan (72), Qazaxıstan (66 ), ABŞ (61 ) və digər ölkələr gəlir
Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04