Lənkəranda quşları qanunsuz ovlayırlar
17 noyabr 2009 18:30 (UTC +04:00)

Lənkəranda quşları qanunsuz ovlayırlar

Çöl quşlarının qanunsuz ovlanmasının və satılmasının qarşısının alınması üçün müvafiq qurumlara tapşırıqlar verilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi su bataqlıq quşlarının miqrasiya mövsümünün başlanması və “quş qripi” xəstəliyi təhlükəsinə qarşı profilaktik tədbirlərə uyğun olaraq, Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı, Şirvan, Sabirabad, Neftçala, Biləsuvar, Salyan və Hacıqabulda reydlər keçirib.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, vəhşi çöl quşlarının yaşadığı, qışladığı, çoxalıb artdığı ərazilərdə keçirilən monitorinqlər zamanı xəstə, halsız quşlara və ya quş cəsədlərinə rast gəlinməyib. Oktyabrın 13-dən 18-dək Lənkəran şəhərinin mərkəzi bazarında keçirilən reydlər zamanı isə qanunsuz olaraq ovlanmış 12 ədəd qaşqaldaq quşunun satıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunmuş və çöl quşları götürülərək Lənkəran rayon Baytarlıq İdarəsi mütəxəssislərinin iştirakı ilə yandırılaraq məhv edilib.


Çöl quşlarının qanunsuz ovlanmasının və satılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlara tapşırıqlar verib.

Elxan SALAHOV
# 530

Oxşar yazılar