İnsan beyni ilə bağlı inanılmaz gerçəklik!
17 noyabr 2009 12:44 (UTC +04:00)

İnsan beyni ilə bağlı inanılmaz gerçəklik!

5 min il ərzində beynin həcmi 10 faiz kiçilib

Alimlərin insanın beyin yarımkürələri üzərində apardıqları araşdırma şok nəticə ortaya çıxarıb.

Lent.az-ın verdiyi məlumata görə, Viskonsin Universitetinin bununla bağlı yaydığı açıqlamada insan beyninin davamlı təkamül prosesində olduğu bildirilir.

Ən qəribəsi odur ki, alimlərin bu vaxt kimi düşündüklərinin əksinə olaraq, son 5 min ildə insanın beyni böyümürmüş, kiçilirmiş. Avropa, Çin, Cənubi Afrika və Avstraliyada insanın beyin yarımkürələri üzərində aparılan araşdırma zamanı son 5 min ildə insan beyninin həcminin 150 kub santimetr azaldığı üzə çıxıb.

Başqa sözlə, insan beyni 5 min il ərzində 10 faiz kiçilib. Alimlər hesab edirlər ki, 5 min il əvvəl vəhşi heyvan ovlamaqla həyatlarını çətinliklə keçirən insanlar indi ehtiyaclarını başqalarının hesabına təmin edirlər və bu da beynin kiçilməsinə yol açır.

Genlər üzərində aparılan tədqiqat göstərib ki, hələ də yüzlərlə gendə dəyişiklik prosesi gedir.
# 722

Oxşar yazılar