“Fatmeyi-Zəhra” Dini İcmasının apelyasiya şikayətinə baxılır
11 noyabr 2009 17:00 (UTC +04:00)

“Fatmeyi-Zəhra” Dini İcmasının apelyasiya şikayətinə baxılır

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Fatmeyi-Zəhra” Dini İcmasının apelyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə prosesi keçirilib.. Bu barədə Lent.az-a dini icmanın vəkili Rövşən Şirəliyev məlumat verib. Onun sözlərinə görə, prosesdə dini icma təmsilçilərilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Prosesdə tərəflər dinlənilib.

Məhkəmə prosesi noyabrın 25-də davam edəcək

Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi məscidin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar çıxarıb. Dini icma bu qərarın ləğv olunmasnı istəyir.

Pərvin ABBASOV
# 602

Oxşar yazılar