Parlamentdə jurnalistlərin mənzil məsələsi qaldırıldı
11 noyabr 2009 16:30 (UTC +04:00)

Parlamentdə jurnalistlərin mənzil məsələsi qaldırıldı

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Aynur Quliyeva jurnalistlərin mənzil problemi məsələsinə toxunub. Lent.az-ın məlumatına görə, A.Quliyeva jurnalistlərin mənzil kooperativi yaratdığını və onların Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini xatırladıb: “Lakin onların torpaq sahəsi ayırmaqla bağlı müraciəti cavabsız qalıb. KİV-in inkişafı üçün nəzərdə tutulmuş maliyyə vəsaitini artırmaqla media nümayəndələrinin ev problemini həll etmək olar”.

A.Quliyeva 2010-cu ilin dövlət büdcəsi layihəsində İctimai Televiziya və Radio Yayımları Şirkətinə maddi vəsaitin ayrılması məsələsinə yenidən baxılmasını təklif edib: “İTV əsl mənada üzümüzü ağ edən telekanaldır. Ona görə də bu şirkətə vəsaitlərin ayrılması məsələsinə yenidən baxılmasını xahiş edirəm”.

Pərvin ABBASOV
# 355

Oxşar yazılar