Metronun qarşısında aksiya keçirən gənclər cərimələndi
14 oktyabr 2009 13:00 (UTC +04:00)

Metronun qarşısında aksiya keçirən gənclər cərimələndi

Metroda gediş haqqının qaldırılmasına etiraz olaraq keçirdikləri aksiya zamanı tutulan gənclər azadlığa buraxılıblar.


Bu barədə Lent.az-a Yasamal rayon Məhkəməsindən məlumat verilib. Məlumatda dünən tutularaq Yasamal rayon Polis İdarəsinin 26-cı və 27-ci polis bölmələrinə aparılan gənclərin cərimələnərək azadlığa buraxıldıqları bildirilib.

Qeyd edək ki, tutulan gənclər bir neçə saat polis bölməsində saxlanıldıqdan sonra məhkəməyə aparılıblar.

Yasamal rayon Məhkəməsinin qərarı ilə Tural Abbasov, Əbülfəz Qurbanlı və Vüsal Tağızadə hər biri 20 manat məbləğində cərimə olunmaqla, digər gənclər isə xəbərdarlıq edilməklə azadlığa buraxılıblar.

Fərid Əkbərov
# 363

Oxşar yazılar