Suda boğulanların sayı 25 nəfərə çatıb
27 iyul 2009 13:30 (UTC +04:00)

Suda boğulanların sayı 25 nəfərə çatıb

Şənbə və bazar günü çimərliklərimizdə ölüm hadisəsi qeydə alınmayıb

İyulun 26-da çimərliklərimizdə boğulma hadisəsi qeydə alınmayıb. İyulun 26-da isə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 3 nəfər müraciət edib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev Lent.az-a açıqlamasında bildirib ki, bazar günü boğulma hadisələri Şıx, Novxanı və Prişağı çimərliklərində olub. Ölüm hadisəsi olmayıb, hər üç nəfər xəstəxanaya çatdırılıb.

Rauf Nağıyev deyib ki, ümumiyyətlə, yay mövsümü başlayandan çimərliklərimizdə boğulanların sayı artıq 25 nəfərə çatıb. Onlardan 11-i xəstəxanada yerləşdirilib. 12 nəfərin həyatını isə xilas etmək mümkün olmayıb.

Ramiz
# 608

Oxşar yazılar