Həkim 71 yaşlı kişiylə 17 yaşlı qızın evlənməsini düzgün saymadı
24 iyul 2009 14:31 (UTC +04:00)

Həkim 71 yaşlı kişiylə 17 yaşlı qızın evlənməsini düzgün saymadı

Halis Toprakın bal ayı yarımçıq qala bilər


17 yaşlı Nazlıcan Tağızadə ilə evlənən Türkiyənin tanınmış iş adamı, 71 yaşlı Halis Toprak bal ayını Kuşadasındakı villasında keçirir. Ancaq Türkiyənin Dövlət Səhiyyə Araşdırma Qurumunun az əvvəl yeni təyin olunmuş sədri, professor Mert Savrunun açıqlaması bu bal ayının yarımçıq qalması yönündə təhlükənin mövcudluğundan xəbər verir.

Lent.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, professor Mert Savrun deyib ki, Türk Cəza Qanununda 18 yaşını bitirməmiş qızla evlənmək cinayət sayılır: “Türk Cəza Qanununun bu maddəsi 2005-ci ildən tətbiq olunur. Buna görə də belə bir evliliyə icazə verən qız da, ailəsi də, evlənən kişi də hüquqi məsuliyyət daşıyır”.

Həkim bildirib ki, yaşlı kişi ilə evlənən qız əvvəlcə yaş fərqindən çox təsirlənməyə bilər: “Ancaq zaman keçdikcə qız stressə qapılacaq. Cavan qız “ən gözəl zamanlarımı pul üçün xərcləmişəm” deyəcək. Travmanın nəticələri 15-20 il sonra da ortaya çıxa bilir. Ailəsi və belə bir evliliyə icazə verən qız ciddi bir ruhi sıxıntı keçirib. Qızı psixoloji müayinədən keçirmək və bu evlilikdən necə təsirləndiyini ortaya çıxarmaq lazımdır”.

Həkim bu nikahın ləğv olunmasının vacibliyini vurğulayıb. O, Nazlıcan Tağızadə və onun ata-anasını şikayət verməyə çağırıb: “71 yaşlı kişi ilə 17 yaşlı qızın cinsi əlaqəsi də normal ola bilməz”.

Qeyd edək ki, Halis Toprakın ilk həyat yoldaşı Ayişədən olan 10 övladı bu evliliyin pozulması üçün məhkəməyə üz tutmağa hazırlaşır.
# 723

Oxşar yazılar