Bakıda 1 mağazadan 1,5 tona yaxın zərərli qida tapılıb
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakı şəhərindəki ticarət mərkəzlərində həyata keçirdiyi yoxlamalar zamanı çoxlu sayda yararsız, mənşəyi məlum olmayan və istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlayıb. Bu dəfəki yoxlamalarda saxta və yarasız məhsullar arasında gündəlik istifadə etdiyimiz ən vacib qida növləri də var.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, keçirilən monitorinq zamanı şəhərin mərkəzində - A.Cəlilov küçəsi, 23 ünvanda yerləşən “Fərid” müstəqil şirkətinə məxsus topdansatış obyektində ümumi çəkisi 1420,1 kiloqram olan 18336 ədəd kolbasa, pendir, qənnadı məmulatları, yoqurt və digər qida məhsulları aşkar edilmişdir. Həmin məhsulların hamısı istifadə müddəti ötdüyündən satışdan çıxarılıb və məhv edilib.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bir daha əhalini mal alarkən diqqətli olmağı və keyfiyyətsiz məhsullarla bağlı Dövlət Xidmətinə məlumat verməyi tövsiyə edir.
Elxan SALAHOV

1363