Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı
08 sentyabr 2010 20:05 (UTC +04:00)

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

Prezidentin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Eyni zamanda “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 avqust tarixli 3014 nömrəli Sərəncamının 1-ci qüvvədən düşmüş hesab edilib.
# 631

Oxşar yazılar