“Ağsu möcüzəsi”
08 sentyabr 2010 19:41 (UTC +04:00)

“Ağsu möcüzəsi”

Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri respublika konfransı keçiriləcək.

Lent.az-ın AMEA-nın konfransdan öncə “Ağsu möcüzəsi” sərgisinin açılışı, həmçinin “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışının təqdimatı keçiriləcək.

Konfransa təqdim edilən məruzələr Ağsuda aparılan arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər probleminin öyrənilməsi, Azərbaycan-Avropa əlaqələri, Ağsuda sikkə zərbi və pul tədavülü, daş məmulatı və daşişləmə sənəti, Azərbaycan Şərq-Qərb ticarət əlaqələrinin qovşağında və başqa mövzuları əhatə edir.

Qeyd edək ki, Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunmuş konfransın təşkilatçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir.
# 1226

Oxşar yazılar