Azərbaycanın ən peşəkar poçtalyonu müəyyənləşdirildi
08 sentyabr 2010 10:47 (UTC +04:00)

Azərbaycanın ən peşəkar poçtalyonu müəyyənləşdirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdul Məsuliyyətli Cəmiyyətində (MMC) “Ən “peşəkar əməliyyatçı” və “peşəkar poçtalyon” adı uğrunda müsabiqə keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, müsabiqənin başlıca məqsədi “Azərpoçt” MMC-nin struktur tərkibinə daxil olan filiallarda öz sənətini sevən və bu sahədə bilik və bacarığı ilə fərqlənən, sənətinin sirləri ilə yaxından tanış olan, o sənətin sahibi olması ilə fəxr edən, “Rabitəçi” adını daşıyan, digər işçilərin öyrədilməsində fərqlənən əməliyyatçı və poçtalyonun müəyyənləşdirilməsi olub.


Müsabiqənin nəticələrinə əsasən ən peşəkar əməliyyatçı adı uğrunda birinci yerə Balakən rayonundan Emçiyeva Gülafət Muxtar qızı görülüb. İkinci və üçüncü yerləri müvafiq olaraq Mingəçevirdən Məmmədova İradə Həmzə qızı və Sabirabaddan Muradova Anaxanım Rəhim qızı tutublar. Ən peşəkar poçtalyon isə Bakının 1 saylı poçt filialından Ağayeva Rüxsarə İlyas qızı seçilib. İkinci və üçüncü yerlərə müvafiq olaraq Neftçaladan Babayev Tərlan Abduləhməd oğlu və Salyandan Əsədov Etibar Allahverdi oğlu layiq görülüblər.


Qaliblərin “Azərpoçt”-un “Fəxri Fərman”ı və 1-ci yer üçün 100 manat, 2-ci yer üçün 80 manat və 3-cü yer üçün 60 manatla mükafatlandırılması nəzərdə tutulur.
# 599

Oxşar yazılar