Dondurma və sərinləşdirici içkilər yoxlanacaq
04 iyun 2010 12:00 (UTC +04:00)

Dondurma və sərinləşdirici içkilər yoxlanacaq

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yay mövsümünün başlaması ilə əlaqədar sərinləşdirici içkilər və dondurmaların keyfiyyətinin araşdırılması məqsədilə yoxlamalar aparacaq.


Yoxlamalar paytaxt Bakı da daxil olmaqla ölkənin bütün regionlarında fəaliyyət göstərən ticarət obyektlərini əhatə edəcək.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlamalar zamanı qanun pozuntusuna yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Dövlət Xidməti ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl etməyi, istehlakçılara isə sərinləşdirici içkilər və dondurma alarkən diqqətli olmağı tövsiyə edir.

Elxan SALAHOV
# 435

Oxşar yazılar