Vidadi Mahmudovun plagiatda suçlanan oğlu danışdı
08 aprel 2010 16:30 (UTC +04:00)

Vidadi Mahmudovun plagiatda suçlanan oğlu danışdı

“Ali Attestasiya Komissiyasının məqsədi mənə aydın deyil”

Mərkəzi Seçki Komissiyasının (MSK) sabiq katibi Vidadi Mahmudovun oğlu Emin Mahmudov Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin plagiatlıqla məşğul olması barədə ittihamlarına cavab verib. E.Mahmudov Lent.az-a göndərdiyi məktubda 2008-ci ilin aprel ayında Ali Attestasiya Komissiyasında namizədlik dissertasiyasına dair ekspert şurasının müsbət rəyi verildiyini və Komissiyanın kollegiyasının qərarı ilə müdafiəyə məsləhət bilindiyini qeyd edib: “Sonradan qərəzli münasibəti görüb dissertasiyamın mənim iştirakımla mütəxəssislərdən ibarət ekspert komissiyası tərəfindən təkrar araşdırılmasını tələb etmişəm. Tələbim təmin olunmadığı üçün dissertasiyama baxılmasını dayandırmağım və namizədlik dissertasiyamın, habelə onunla bağlı müvafiq attestasiya sənədlərinin mənə qaytarılması ilə bağlı Ali Attestasiya Komissiyasına və müdafiə şurasına 28 dekabr 2009-cu il tarixli ərizə ilə rəsmi qaydada müraciət etmişəm. Bu xahişimə də əməl olunmayıb. Nə müdafiə şurasında, nə də Ali Attestasiya Komissiyasında keçirilən müzakirələrdə və ekspert araşdırmalarında iştirakım təmin edilməyib. Komissiyanın qərarı mənə yalnız bu il aprelin 7-də mətbuat vasitəsi ilə məlum olub. Ali Attestasiya Komissiyasının məqsədi mənə aydın deyil. Komissiyanın mövqeyinə görə çox təəssüf edirəm”.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının açıqladığı siyahıda E.Mahmudov da daxil olmaqla 6 nəfərin adı var.

Attestasiya layiq olmayan təsadüfi şəxslərin elmi adlar almasını Azərbaycan elmi və Azərbaycan cəmiyyəti üçün son dərəcə zərərli və Azərbaycan elminə xəyanət sayır. Onlar barədə müvafiq qərarlar qəbul edilib.


Pərvin ABBASOV
# 399

Oxşar yazılar