Tələbələr üçün müsabiqə
07 aprel 2010 18:45 (UTC +04:00)

Tələbələr üçün müsabiqə

“Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsində yalnız tələbələr iştirak edə birlər

Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tələbələr arasında “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsi keçirir. Müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsini tələbələr arasında təşviq etmək, gənclərdə Vətənə məhəbbət və hörmət hissi aşılamaq, İstedadlı tələblərin zehni, əqli və yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaq və tələbələr arasında maarifləndirmə işini təşkil etməkdir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən tələbələr öz məqalələrini 3-5 səhifə həcmində A4 formatda, Arial şriftdə (12) iştirakçı anketi ilə birgə təqdim etməlidirlər. Müsabiqədə I, II və III yerləri tutmuş tələbələr Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təsis edilmiş müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaq. Məqalələr 30 aprel 2010-cu il tarixədək təqdim olunmalıdır.

Elxan SALAHOV
# 389

Oxşar yazılar