Magistraturaya qəbul imtahanlarının da vaxtı açıqlandı
07 aprel 2010 17:15 (UTC +04:00)

Magistraturaya qəbul imtahanlarının da vaxtı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının günlərini təyin edib. Lent.az-ın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il magistraturaya sənəd qəbulu aprelin 12-dən 19-dək keçiriləcək.

Qəbul imtahanının birinci mərhələsi mayın 2-də, proqramların seçimi iyunun 7-12-də, qəbul imtahanlarının ikinci mərhələsi isə iyunun 20-də keçiriləcək.

İkinci mərhələyə buraxılmış bakalavrların ixtisas seçimi iyunun 22-dən 25-dək aparılacaq.

Elxan Salahov
# 359

Oxşar yazılar