“İnsan Qəlbinin Anatomiyası” kitabı işıq üzü görüb
06 aprel 2010 13:00 (UTC +04:00)

“İnsan Qəlbinin Anatomiyası” kitabı işıq üzü görüb

Tibb elmləri doktoru, professor Rüstəm Rüstəmovun müəllifi olduğu “İnsan Qəlbinin Anatomiyası” kitabı işıq üzü görüb.

Lent.az-ın verdiyi məlumata görə, kitabda beynin dərk olunan və dərk olunmayan psixi fəaliyyəti, qəlb anlayışı haqqında müasir tibbi-psixoloji və fəlsəfi təsəvvürlər səviyyəsində müfəssəl məlumatlar verilib.

İnsan davranışının hərəkətverici qüvvəsi olan tələbatları, sinir sisteminin uşaqlıq və gənclik yaş dövrlərinə xas olan inkişaf qanunauyğunluqları, bununla əlaqəli təlim-tərbiyənin praktik məsələləri də kitabda ətraflı şərh olunub.

Müəllifin böyük kainatın kiçik bir “aləmi” olan insanın hisslərini, düşüncəsini və özünü dərk etməsinin mürəkkəb sirlərini elmin indiki səviyyəsinə müvafiq olaraq izah edib.

Kitabın redaktoru tanınmış jurnalist Qabil Abbasoğludur.
# 980

Oxşar yazılar