13 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
05 aprel 2010 19:45 (UTC +04:00)

13 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

Monitorinq zamanı Bakı, Qusar və Goranboydakı mağazalarda satılan 244 kiloqrama yaxın saxta mallar məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfəki yoxlamalar Bakı şəhərində, Qusar və Goranboy rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 13 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:

Bakının Nəsimi rayonu:

- M.Qaşqay küçəsi, 5 ünvanında yerləşən Fəridə Məmmədovaya məxsus mağazada;
- M.Qaşqay küçəsi, 23 ünvanında “Profit est” MMC-yə məxsus mağazada;
- Salatın Əsgərova küçəsi, ev 172, mənzil 4 ünvanında Vaqif Əliyevə məxsus mağazada;
- 20 yanvar küçəsi, ev 39, mənzil 1 ünvanında yerləşən “Meçta market”də;
- 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 58, mənzil 1 ünvanında “Vaqif market”də;
- 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 62, mənzil 1 ünvanında “Aysun market”də;
- 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 18 A ünvanında yerləşən “Lənkəran market”də;

Bakının Binəqədi rayonu:

- Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə Ramil Səbzəliyevə məxsus mağazada;
- Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə Şahriyyar Şükürova məxsus ərzaq mağazasında;
- Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, B2 ev ünvanında İsgəndər Əliyevə məxsus marketdə;
- M.Cəlal küçəsi, 127 ünvanında Zaur Vəliyevə məxsus mini marketdə;

Qusar rayonunda

- Sabir küçəsində Nigar Nurməmmədovaya məxsus mağazada;

Goranboy rayonu

- Dəliməmmədli şəhəri, Gəncə-Qazax şosesində Rəhman Orucova məxsus ərzaq
mağazasında;

Monitorinq zamanı ümumi çəkisi 244 kiloqrama yaxın olan, saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
# 478

Oxşar yazılar