“Beynəlxalq Təhsil Sərgisi- 2010” başlayır
05 aprel 2010 19:00 (UTC +04:00)

“Beynəlxalq Təhsil Sərgisi- 2010” başlayır

Dünyanın ən nüfuzlu universitetlərində oxumaq arzusunda olanlar bu imkandan yararlana bilər

Sabah Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək. “Beynəlxalq Təhsil Sərgisi- 2010”-nun məqsədi tələbələrin bir sıra nüfuzlu xarici universitetlərlə tanışlığı, yerli universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması, səfərlərin təşkili və məlumatverici təqdimatların həyata keçirməkdir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sərgidə Böyük Britaniya, ABŞ, İsveçrə və Türkiyənin ən nüfuzlu universitetləri və bir sıra beynəlxalq təşkilatlar iştirak edəcək. Sərgi iştirakçıları iştirakçı universitetlər haqda ümumi məlumatla tanış olmaq, universitetlərə müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqda geniş məlumat almaq imkanı qazanacaqlar. Görüşdə tələbələrin universitetlərlə yaxından tanışlığı, video təqdimatların izlənilməsi, təklif olunan proqramlar haqda məlumatlandırılması və onları maraqlandıran sualların cavablandırılması təmin olunacaq.

Tədbirə təxminən 3000-4000 tələbənin gəlməsi gözlənilir. Aprelin 7-də isə Kaspi Təhsil Mərkəzində universitetlərin fərdi seminarları təşkil olunacaq.

Elxan SALAHOV
# 390

Oxşar yazılar