“Nə qədər mən varam, metroda ticarət köşkləri olacaq”
02 aprel 2010 15:45 (UTC +04:00)

“Nə qədər mən varam, metroda ticarət köşkləri olacaq”

Tağı Əhmədov: “Ordan yığılan pulun sizə dəxli yoxdur”


“Nə qədər mən varam, metroda ticarət köşkləri olacaq”.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov söyləyib.


Jurnalistlərin bu ticarət köşklərindən nə qədər pul yığılması barədə sualına Tağı Əhmədovun cavabı da orijinal olub: “O pulun sizə dəxli yoxdur, hamısı Bakı Metropoliteninə gəlir”.


Tağı Əhmədov “Gənclik” və “Əzizbəyov” stansiyalarındakı ticarət köşklərinin müvəqqəti bağlanacağını, yığışdırılacağını da söyləyib: “Bu, aparılan tikinti və yenidənqurma işləri ilə əlaqədardır. “Gənclik” stansiyasında yol tikintisi ilə əlaqədar olaraq köşklər götürülə bilər. Yol genişləndirildikdən sonra köşklər yenidən qoyulacaq. “Əzizbəyov” stansiyasının isə hər iki girişində 26 metr hündürlüyündə şüşə piramidalar tikiləcək, tender elan olunub. Bu piramidaların tikintisi ilə bağlı burada da ticarət köşklərinin fəaliyyəti müvəqqəti dayandırılacaq”.


Bakı Metropolitenin rəisi bir sıra stansiyaların adının dəyişdiriləcəyinə də inandığını söyləyib: “Əzizbəyov”, “Ulduz”, “İnşaatçı” stansiyalarının adının dəyişdiriləcəyinə inanıram. Mən də bunu eşitmişəm. Ancaq biz ad dəyişmirik”.


Ramiz
# 484

Oxşar yazılar