“İçərişəhər” metrostansiyasının yeni çıxışı Milli Parka açılacaq
02 aprel 2010 15:30 (UTC +04:00)

“İçərişəhər” metrostansiyasının yeni çıxışı Milli Parka açılacaq

Bu ilin sonunda yeraltı tunellərin qazılmasında istifadə olunan yeni qurğunun alınması planlaşdırılır.


Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov söyləyib.


Tağı Əhmədov bildirib ki, bu qurğu alındıqdan sonra gün ərzində 25, ən azı 15 metr tunel qazmaq mümkün olacaq: “Bu, çox böyük göstəricidir. Bu qurğudan istifadə etməyə başladığımız zaman 1 il ərzində 5-6 metrostansiyanı tikib istifadəyə verə biləcəyik”.


Tağı Əhmədov bu il yeni metrostansiya istifadəyə verilməyəcəyini də söyləyib: “Bu il şərti olaraq, adlandırdığımız “Əcəmi-2”, “Avtovağzal”, “6-cı stansiya”nın tikintisi aparılacaq. Ancaq bu il bu stansiyaların istifadə verilməsi gözlənilmir. “6-cı stansiya”nın çıxışı Binəqədidə rayonunda 7-ci mikrorayondakı 11 saylı cəzaçəkmə müəssisəsinin qarşısında olacaq. “Əcəmi-2”-“Avtovağzal” isə tamam yeni xətt olacaq. Biz indiyə qədər sovet sistemi ilə çalışmışıq. Bu xətt və bu xətt üçün alınan vaqonlar isə müasir dünya standartlarına uyğun olacaq. Stansiyalarda əlillərin istifadəsi üçün yerlər olacaq.
“Mtşinsk” vaqonlarından artıq doymuşuq. “Siemens” və digər şirkətlərlə danışıqlar aparırıq. Həm də vaqonları 50-60 ədəd olmaqla böyük partiyalarla almağı planlaşdırırıq”.


Tağı Əhmədov mövcud metrostansiyaların nəzərdə tutulan yeni çıxışlarından da danışıb: “İçərişəhər” metrostansiyasının yeni alternativ çıxışı Dənizkənarı Milli Parka açılacaq. “Elmlər Akademiyası”nın yeni alternativ çıxışı Bakı Dövlət Universitetinin qarşısında, “Nizami” metrosunun çıxışı Azərbaycan Dövlət Dram Teatrının qarşısında olacaq. Ancaq bu il alternativ çıxışların tikilməsi prosesini təxirə salmışıq. Gələcəkdə belə stansiyalar tikiləcək. Aeroporta yerüstü metro xətti isə olmayacaq, bunu birmənalı deyirəm”.


Ramiz
# 759

Oxşar yazılar