Gəncədə hündür binalara zəlzələ təhlükəsi
21 yanvar 2010 12:00 (UTC +04:00)

Gəncədə hündür binalara zəlzələ təhlükəsi

Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov artıq 2 ildir ki, Gəncənin tarixi, yəni mərkəz ərazilərində 9 mərtəbədən artıq binaların tikintisinə qadağa qoyan sərəncam imzalayıb. Gəncə Regional Elmi Mərkəzin şöbə müdiri İrşad Abbasovun Lent.az-ın Gəncəbasar müxbirinə bildirdiyinə görə, şəhərin arxitektur görünüşü baxımından imzalanan bu sərəncam əslində seysmoloji baxımdan da mühüm əhəmiyyət kəsb edir.

“Sərəncamın icrası tarixən seysmik ərazi sayılan Gəncənin təhlükəsizliyi baxımından mühümdür. Həm də tikilən binalar tarixi şəhər olan Gəncənin görüntüsünə xələl gətirmir. Gəncə şəhərində seysmoloji stansiya da fəaliyyət göstərir” - deyə mütəxəssis qeyd edib.

Vüsalə Cənnətova
# 665

Oxşar yazılar