Qərb rayonlarına qar yağıb
18 yanvar 2010 10:30 (UTC +04:00)

Qərb rayonlarına qar yağıb

Regionun yolları açıqdır

Yanvarın 17-də axşam saatlarından etibarən Azərbaycanın qərb bölgəsindəki Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa və Tovuz rayonlarına qar yağıb. Lent.az-ın Gəncəbasar müxbirinin rayonların icra hakimiyyəti aparatlarından aldığı məlumata görə, kommunal-təsərrüfat sahəsi ilə bağlı heç bir problem yoxdur. Ehtiyac olan yerlərdə yollar qardan təmizlənib.

Hazırda yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

Vüsalə Cənnətova
# 561

Oxşar yazılar