Naxçıvan şəhərində Tədris-Peşə Liseyi yaradılıb
23 dekabr 2009 13:55 (UTC +04:00)

Naxçıvan şəhərində Tədris-Peşə Liseyi yaradılıb

Naxçıvan şəhərində Tədris-Peşə Liseyi yaradılıb. Naxçıvan Muxtar Respublikası (NMR) Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, peşə liseyi yeni istifadəyə verilən bina ilə təmin olunub.

Liseydə ilk mərhələdə 4 ixtisas üzrə 48 nəfər dövlət hesabına təhsil alacaq. Növbəti mərhələdə ixtisasların və tələbə yerlərinin artırılacağı da istisna edilmir.

Müasir standartlara uyğun inşa edilən bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Binanın zirzəmisində 50 yerlik akt zalı, məişət otaqları və müxtəlif kənd təsərrüfatı texnikalarının təmirinin nəzəri cəhətdən öyrənilməsi üçün müvafiq otaqlar ayrılıb.

Liseyin birinci mərtəbəsində sinif otaqları, emalatxanalar, müəllimlər otağı və digər köməkçi otaqlar yerləşir. Digər mərtəbədə kitabxana, 8 yataq otağı istifadəyə verilib.

Hazırda muxtar respublikanın şəhər və rayonlarında 2 peşə məktəbi, 1 peşə liseyi fəaliyyət göstərir.

Fariz YUNİSLİ
# 1024

Oxşar yazılar