İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib
28 noyabr 2012 20:49 (UTC +04:00)

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib

Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib.

Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal APA-ya bildirib ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, aksiyalara hazırlıq və digər cari məsələlər müzakirə edilib. Toplantıda bir qrup hüquqşünasın təşəbbüsü ilə hazırlanan Seçki Memorandumunun müzakirə edilməsi məqsədilə dekabrın 4-də dinləmələrin keçirilməsi qərara alınıb. Həmçinin, qurum tərəfindən Ziyalılar Forumunun seçki mühiti ilə bağlı verdiyi bəyanat dəstəklənib.

İP KŞ Aşura günü ilə narazılığını bildirib. Qurum hesab edib ki, dindarların Aşura mərasimini keçirməsi üçün lazımı şərait yaradılmalı, hər hansı məhdudiyyət qoyulmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar