Lent.az yazdı, körpü tikilib başa çatdı
28 noyabr 2012 18:38 (UTC +04:00)

Lent.az yazdı, körpü tikilib başa çatdı

“Çox sağ olun, kənd camaatı adından sizlərə minnətdarlığımı bildirirəm. Məhz Lent.az-ın yazısından sonra körpünün tikintisi sürətləndi və qısa zamanda başa çatdı”. Bu barədə Lent.az-a əslən Qubanın Qrız kəndidən olan, ixtisasca həkim Yusif Soltanlı bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Lent.az-da Qubanın Qrız kəndindən reportaj yayınlanmışdı. (Reportajın linki burada)

Həmin reportajda kəndin ən böyük problemi olan körpüdən də bəhs edilmişdi.

Yusif müəllimin dediyinə görə, adıgedən körpü 10 ildən çox idi ki, yarımçıq qalmışdı.

“Bu gün, nəhayət, körpü istifadəyə verildi. Körpünün davamlığını yoxlamaq üçün üstündən maşın da hərəkət etdi. İndi Qrız camaatının rayon mərkəzi ilə əlaqəsi yaxşılaşdı. Körpünün açılmasında dəstəyə görə, kollektivinizə təşəkkürümü bildirirəm” - deyə Yusif müəllim bildirib.

Xatırladaq ki, yeni körpünün uzunluğu 20, eni isə 3,5 metrdir. Bu vaxta kimi Qrız kənd sakinləri kustar üsulla inşa etdikləri körpüdən istifadə edirdilər. Bu isə kənd sakinləri üçün problemlər yaradırdı.

Qeyd edək ki, inşa olunan körpü dəniz səviyyəsindən 2500 yüksəklikdə, rayon mərkəzindən 38 km uzaqlıqda yerləşir.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1561

Oxşar yazılar