Sabah Sumqayıtda içməli su problemi yaşanacaq
28 noyabr 2012 18:31 (UTC +04:00)

Sabah Sumqayıtda içməli su problemi yaşanacaq

H.Z.Tağıyev adına Su Kəmərləri İdarəsinin nasos stansiyası ərazisində magistral su xəttində təmir işləri aparılır.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, təmir işlərinin aparılması ilə əlaqədar noyabrın 29-da saat 09:00-dan 18:00-dək Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsinə, Kimyaçılar, “Xəzər” bağları, “Kottec” yaşayış sahələrinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771

Oxşar yazılar