“Azərsu”dan novxanılılara xoş xəbər
28 noyabr 2012 17:31 (UTC +04:00)

“Azərsu”dan novxanılılara xoş xəbər

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının 24 kənd və qəsəbəsində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

Cari ilin oktyabr ayından Novxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilib. Layihəyə əsasən, Novxanı qəsəbəsinin içməli su və kanalizasiya şəbəkələrinin mövcud olmadığı ərazilərdə yeni infrastruktur yaradılır. Bu məqsədlə qəsəbədə müxtəlif diametrli polietilen borularla 74 km uzunluğunda içməli su, 53 km isə kanalizasiya xətti çəkiləcək, 1025 ədəd kanalizasiya quyusu tikiləcək. Tikinti işləri başlanandan indiyədək 17 km su, 15 km kanalizasiya xətti çəkilmiş, 182 ədəd kanalizasiya quyusunun inşası başa çatdırılıb. Qəsəbəyə içməli suyun normal verilişini təmin etmək məqsədi ilə burada hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı tikiləcək. Yeni yaradılan su şəbəkəsinə 2000-dən artıq ünvan qoşulacaq və ev birləşmələrinin hər birində smart-kart tipli sayğaclar quraşdırılacaq.

Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Novxanı qəsəbəsinin 19 mindən çox sakininin su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə üzrə işlərin 2013-cü ilin sonlarında başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1349

Oxşar yazılar