“İlin ən yaxşıları” seçildi - SİYAHI
28 noyabr 2012 16:59 (UTC +04:00)

“İlin ən yaxşıları” seçildi - SİYAHI

Avropa Qəzetçilər Dərnəyi hər il müxtəlif sahələrdə uğur qazanan insanları mükafatlandırır. AQD-nin bu il mükafatlandıracağı şəxslərin adları artıq məlumdur.

AQD-nin Azərbaycan bölməsinin rəhbəri Afaq Fərzəlbəyova bildirib ki, keçirilən rəy sorğusu nəticəsində Milli Məclisin deputatı, professor Musa Qasımlı “İlin millət vəkili”, AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə “ilin elm adamı”, millət vəkili Qənirə Paşayevanın sədri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” “ilin qeyri-hökumət təşkilatı”, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə “İlin jurnalisti”, “Kral RC” MMC-in sədri Rövşən Tağıyev “İlin iş adamı”, əməkdar artist Elza Seyidcahan “İlin müğənnisi”, müğənni Ramal İsrafilov isə “İlin gənc müğənnisi” seçilib.

Qaliblər AQD tərəfindən bu il dekabrın 6-da Şimali Kipr Türk Respublikasında təşkil olunacaq mərasimdə mükafatlandırılacaqlar.

Qeyd edək ki,”İlin jurnalisti” nominasiyasının qalibi jurnalist Seymur Verdizadə Lent.az saytının köşə yazarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1571

Oxşar yazılar