Bu gün Ay tutulması baş verəcək
28 noyabr 2012 15:35 (UTC +04:00)

Bu gün Ay tutulması baş verəcək

Lent.az-ın məlumatına görə, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən açıqlamada qeyd olunur ki, noyabrın 28-də qismən Ay tutulması baş verəcək. Saat 16.12 radələrində başlayacaq yarımkölgəli ay tutulması saat 20.51-də başa çatacaq. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən müşahidə edilməyəcək.

Qeyd edək ki, bu il ilk qismən Ay tutulması iyun ayının 4-də, ilk Günəş tutulması isə mayın 21-də olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704

Oxşar yazılar