Plagiat hesab edilən dərslik növbəti dəfə müzakirə edilib
28 noyabr 2012 14:33 (UTC +04:00)

Plagiat hesab edilən dərslik növbəti dəfə müzakirə edilib

Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Gündəlik məsələ tam orta məktəblərin 1-ci sinifləri üçün riyaziyyat dərsliyinin və müəllimlər üçün elmi-metodiki vəsaitin müzakirəsi olub. Seminar iclasında Təhsil Nazirliyinin nümayəndəsi Hüseyn Quliyev, dərslik müəllifi Nayma Qəhrəmanova, Bakı və Sumqayıt şəhərlərinin ibtidai sinif müəllimləri iştirak ediblər.

Müzakirələrdə TQDK-nın Naxçıvan, Lənkəran, Quba və Şəki regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin ibtidai sinif müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.

Növbəti seminar iclasında tam orta məktəblərin 1-ci sinifləri üçün riyaziyyat dərsliyinin müzakirəsi davam etdiriləcəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900

Oxşar yazılar