“Terminologiya Komissiyası haqqında Əsasnamə” təsdiq edildi
28 noyabr 2012 12:29 (UTC +04:00)

“Terminologiya Komissiyası haqqında Əsasnamə” təsdiq edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə qərar verib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarla komissiyanın hüquq və vəzifələri müəyyən edilib.

Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirəcək.

Yeni komissiya terminlərin dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün istifadəsinə nəzarəti aparacaq, Azərbaycan dilinə yeni daxil edilən termin və anlayışların təsdiqi və ifadə formalarının müəyyənləşdirəcək, Azərbaycan elmi-ədəbi dilində dərslik, monoqrafiya, bədii, publisistik əsərlərdə, o cümlədən kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, reklamlarda, idarə və müəssisələrdə, məktəblərdə, terminlərin istifadəsində mövcud qaydalara əməl edilməsinə nəzarətin təşkili, həmçinin dövlət orqanlarında rəsmi sənədlərin hazırlanmasında istifadə olunan xüsusi norma və tələblərin müəyyən edilməsi məqsədi ilə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən Terminologiya Komissiyasının digər vəzifələri də müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064

Oxşar yazılar